Roy Orbison

Roy Kelton Orbison
ing. Roy Kelton Orbison
Ümumi məlumatlar
Doğum adı Roy Kelton Orbison
Ləqəbləri Böyük O (The Big O)
Rokun Karuzosu (The Caruso of Rock)
Doğum tarixi
Doğum yeri Vernon, Texas, ABŞ
Vəfat tarixi (52 yaşında)
Vəfat yeri Hendersonvill, Tennessi, ABŞ
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
  • Vestvud qəbiristanlığı[d]
Vətəndaşlığı
Uşaqları 5
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, musiqiçi, gitaraçı, bəstəkar, mahnı yazarı[d], müğənni-mahnı yazarı
Fəaliyyət illəri 19541988
Janrlar rok-n-roll
rokabilli
kantri
Musiqi alətləri gitara
Albom şirkətləri Sun, Monument, MGM, London, Mercury, Asylum, PolyGram, Virgin
Təhsili
  • Şimali Texas Universiteti[d]
Mükafatları əbədi nailiyyətlərinə görə "Qremmi" mükafatı
royorbison.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Roy Kelton Orbison (ing. Roy Kelton Orbison; 23 aprel 1936–6 dekabr 1988) — "Böyük O" (The Big O) ləqəbi ilə tanınan amerikalı müğənni və bəstəkar. Özünəməxsus səs tembri, mürəkkəb musiqi kompozisiyaları və gərgin emosional balladaları ilə məşhurluq qazanmışdır.

Orbison Texasda böyümüş və orta məktəbdə ikən rokabilli/kantri və vestern musiqi qruplarında ifa etməyə başlamışdır. Ən böyük uğurlarını 1960–1964-cü illərdə Monument Records şirkətində yazdırdığı və Billboard Top Forty siyahısında yer alan 22 mahnısı ilə qazanmışdır, o cümlədən "Only the Lonely", "Crying" və "Oh, Pretty Woman". 1970-ci illərdə karyerasında durğunluq yaşansa da, bəzi mahnılarının kaver-versiyalarının ifası və Devid Linçin 1986-cı ildə çəkdiyi "Blue Velvet" filmində onun "In Dreams" mahnısının ifa edilməsi, Orbisonun karyerasını yenidən canlandırdı. 1988-ci ildə o, Corc Harrison, Bob Dilan, Tom PettiCeff Linnlə birlikdə "Traveling Wilburys" superqrupuna qoşulur və həmin il yeni solo albomunu buraxır.

Roy Orbison 6 dekabr 1988-ci ildə Tennessidə, anasının evində ürək tutmasından vəfat etmişdir. O ard-arda müxtəlif faciələrlə üzləşmişdi, birinci həyat yoldaşının və iki böyük oğlunun müxtəlif hadisələrdə ölümü onu sarsıtmışdı.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search